AZ   |   RU
“Moskva Bakının Aİ-nin Ermənistandakı missiyası ilə bağlı haqlı narahatlığından xəbərdardır” - Zaxarova

“Biz Avropa İttifaqının (Aİ) Ermənistandakı missiyasının fəaliyyəti ilə bağlı Bakının haqlı narahatlığını bilirik”.


Missiya.Az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.


O bildirib ki, qondarma missiyanın əməkdaşlarının nə işlə məşğul olduqları məlumdur.


“Onlar Ermənistanla qonşu olan ölkələrə casusluq edirlər. Təbii ki, onlar İrəvana hesabat vermirlər və regionda heç bir sabitliyə töhfə vermirlər”, - deyə siyasətçi vurğulayıb.


Zaxarova qeyd edib ki, Ermənistanda yerləşən Rusiya hərbi bazasına gəlincə, onun mümkün çıxarılması ilə bağlı İrəvandan heç bir siqnal almamışıq:


“İrəvan başa düşür ki, Rusiyanın hərbi mövcudluğu regionda təhlükəsizlik arxitekturasının mühüm elementidir. Bazanın yerləşdirilməsi və fəaliyyəti Ermənistanla Rusiya arasında müvafiq ikitərəfli sənədlərlə tənzimlənir. Bu məsələ heç vaxt Azərbaycanla əməkdaşlığımız konteksində heç kim tərəfindən qaldırılmayıb”, - deyə siyasətçi əlavə edib.

 


Daşqın Həsənov
Missiya.Az



  • 11-06-2025, 15:30