“Ukrayna istənilən bəhanə ilə NATO-ya üzv ölkələrin qoşunlarını münaqişəyə cəlb etməyə çalışır”.
Missiya.Az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu sözləri Minskdə Belarusun müdafiəsi ilə bağlı görüşdə prezident Aleksandr Lukaşenko deyib.
“Bütün bunları bu yaxınlarda Polşa ərazisinə düşən raketlər də təsdiqləyir”, - deyə Lukaşenko bildirib.
“Qərb dövlətləri silahlı qüvvələrin hərbi potensialını gücləndirməkdə, qonşu ölkələrin ərazisində infrastrukturu modernləşdirməkdə, əməliyyat və döyüş hazırlığı fəaliyyətinin intensivliyini artırmaqda davam edir. Bütün bunlar Belarus ətrafında və bütövlükdə regionda onsuz da çətin olan hərbi-siyasi vəziyyətin kəskinləşməsinə gətirib çıxarır”, - deyə Lukaşenko vurğulayıb.
“İndiyə qədər biz potensial rəqibin Belarusa qarşı hərbi güc tətbiq etməsinin qarşısını ala bilmişik. Amma buna baxmayaraq, biz daim ayıq-sayıq olmalıyıq”, - deyə Belarus lideri qeyd edib.
Daşqın Həsənov
Missiya.Az