AZ   |   RU
Nümayəndələr Palatasında Demokratlar Qrupunun yeni lideri seçilib

Nyu-York ştatının nümayəndəsi Hakim Ceffris ABŞ Konqresinin Nümayəndələr Palatasında Demokratlar Qrupunun yeni lideri seçilib.

Missiya.Az
“Report”a istinadən xəbər verir ki, o, bu vəzifədən istefa verən 82 yaşlı siyasətçi Nensi Pelosini əvəz edəcək.

Qeyd olunub ki, partiyadaxili səsvermə bağlı qapılar arxasında keçirilib.

H. Ceffri ABŞ Konqresinin palatalarından birində partiya fraksiyasının rəhbəri seçilən ilk qaradərili olub.

Yanvar ayında o, aralıq seçkilərdə ABŞ qanunverici orqanının aşağı palatasında çoxluğunu itirmiş Demokratlar Partiyasının rəhbəri vəzifəsinin icrasına başlayacaq.


  • 30-11-2022, 22:03