AZ   |   RU
Yaponiya İngiltərə ilə hərbi müqavilə imzalayır


Tokio administrasiyası Tayvan gərginliyi qarşısında müdafiə sahəsində tərəfdaşlıqlarını genişləndirir.
 
Missiya.Az xarici KİV-nə istinadən xəbər verir ki,Yaponiya və Britaniya əməkdaşlıq çərçivəsində dekabrda “böyük müdafiə sazişi” imzalamağa hazırlaşır.
 
Məqsədin Çindən artan təhlükəyə qarşı çəkindiriciliyi artırmaq olduğu bildirilir.
 
İngilis mətbuatı iddia edir ki, saziş yanvar ayında Avstraliya və Yaponiya arasında əldə olunan oxşar razılaşmadan sonra əldə olunub.
 
Qeyd edək ki, Müqavilə ölkələr arasında birgə təlimlər və logistika əməkdaşlığı asanlaşdıracaq. Bundan əlavə, bir-birinin ölkələrinə qoşun yeritmək bürokratiyasını asanlaşdırmaq üçün hüquqi baza yaradılacaq.
 
Aqil Musa
Missiya.Az
  

  • 6-11-2022, 13:04