AZ   |   RU
107 nömrəli tam orta məktəbdə Zəfər Günü ilə bağlı tədbir keçirilib

Bakının Sabunçu rayonu 107 nömrəli tam orta məktəbində keçirilən tədbirdə Aprel döyüşlərinin və II Qarabağ Müharibəsinin iştirakçısı şəhid Quliyev Asim Bəkir oğlunun barelyefinin açılışı olub.
 
Missiya.Az
xəbər verir ki, 8 Noyabr Zəfər Günü və 9 Noyabr Dövlət Bayrağı Günü münasibətilə keçirilən tədbirin bədii hissəsində məktəbin direktor vəzifəsini icra edən Səidə Əhmədova vətənpərvərlikdən və tədbirin mahiyyətindən danışıb.  
Azərbaycan Bayrağının  səhnəyə gətirilməsi, Dövlət Himnimizin səsləndirilməsi və şəhidlərimizin xatirəsinin yad edilməsindən sonra məktəblilər öz bacarıqlarını nümayiş etdiriblər.
 
Tədbirdə məktəbin pedaqoji heyəti və şagirdlər, I və II Qarabağ müharibəsinin qaziləri, şəhid valideynləri, media və ictimaiyyət  nümayəndələri iştirak edib. Müharibə iştirakçıları, ictimaiyyət nümayəndələri, müəllimlər və digər  tədbir iştirakçıları Zəfər Gününün mahiyyətindən danışıblar. 
 
8 Noyabr Zəfər Günü və 9 Noyabr Dövlət Bayrağı Gününü özündə ehtiva edən ədəbi-bədii kompozisiyalarda milli geyimlərdə və əsgər uniformalarında olan məktəblilər “Şuşa əməliyyatı”, “Xarıbülbül”, “Bayraq” və s. səhnəciklər nümayiş etdiriblər. 
Sonda şagirdlər bayram sevinclərini Missiya tv ilə bölüşüblər. 
 
 
Leyla Səməndər
Missiya.Az



  • 4-11-2022, 18:07