AZ   |   RU
İctimai nəqliyyat 17:00-dan sonra işləməyəcək? - BNA-dan VACİB AÇIQLAMA


Marşrut avtobus sürücülərinin bu gün 17:00-dan sonra ictimai nəqliyyatın işləməyəcəyi ilə bağlı xəbərdarlıq etdiyi barədə söz-söhbət dolaşmaqdadır.

Missiya.Az sfera.az-a isitnadən xəbər verir ki, qurumun mətbuat xidmətinin rəhbəri Mais Ağayev hələ ki heç bir məhdudiyyətin olmadığını deyib.

M.Ağayev avtobus sayının artırlması ilə bağlı məsələyə də aydınlıq gətirdi:

"Bu gün və sabah nəqliyyatın hərəkəti ilə bağlı hansısa məhdudiyyət nəzərdə tutulmayıb. Hazırda avtobus sayının artırılmasına ehtiyac yoxdur. Yolların buz  hissəsi təmizlənərsə gecikmə halları müşahidə olunmayacaq".


  • 24-02-2021, 16:41