Azərbaycanda son sutkada koronavirus (COVID-19) infeksiyasına 220 yeni yoluxma faktı qeydə alınıb, 145 nəfər müalicə olunaraq sağalıb.Missiya.Az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış
2 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə
233 644 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan
228 157 nəfər müalicə olunaraq sağalıb,
3 206 nəfər vəfat edib. Hazırda
2 281 aktiv xəstə var.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 915, bu günə qədər isə ümumilikdə
2 571 016 test icra olunub.