İran Rusiyaya Ukrayna ərazisində genişmiqyaslı müharibə aparmaq üçün silah verib.
Missiya.Az xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunub.
Bildirilib ki, Rusiya son bir həftə ərzində İranın kamikadze pilotsuz təyyarələri ilə Ukraynanın bir sıra şəhərlərində yaşayış binalarına və infrastruktur obyektlərinə yüzdən çox zərbə endirib.
Nəticədə onlarla insan, o cümlədən uşaqlar həlak olub və yaralanıb, Ukraynanın enerji infrastrukturunun üçdə biri zədələnib, Kiyevdəki iki diplomatik qurumun binasına da ziyan dəyib.
“Vətəndaşların öldürülməsi İranı Rusiyanın Ukraynaya qarşı təcavüz cinayətində, hərbi cinayətlərdə və terror aktlarında şərik edir”, - deyə Ukrayna XİN bildirib.
Bildirilib ki, rəsmi Tehran Rusiyaya istənilən silah tədarükünü dərhal dayandırmalıdır.
Əks halda ölkə və onun rəhbərliyi beynəlxalq məhkəmələrdə ən ciddi məsuliyyət daşıyacaq.