AZ   |   RU
Almaniya qonşularına elektrik enerjisi ixracını azalda bilər

Almaniya Federativ Respublikası digər ölkələrə, o cümlədən Fransaya elektrik enerjisi ixracını müvəqqəti məhdudlaşdırmağı planlaşdırır.

Missiya.Az
“Haberglobal.com”-a istinadən xəbər verir ki, bu barədə Almaniyanın aparıcı şəbəkə operatoru olan “Amprion”-un direktoru Hendrik Neumanna məlumat yayıb. Neumanna, enerji ixracının günlərlə deyil, hər dəfə bir neçə saatlıq dayandırılacağını söyləyib: "Biz güman edirik ki, bu, gələn qış üçün olduqca stresli bir vəziyyətdir.

Digər problemlərə Fransadakı atom elektrik stansiyalarının təxminən yarısının bağlanması, suyun aşağı səviyyədə olması və kömür çatışmazlığı daxildir”.

Qeyd edək ki, Fransa və Avstriya Almaniyanın əsas enerji alıcılarıdır.

Həm də Almaniya keçən il digər Aİ ölkələrinə idxal etdiyindən 17,400 qeqabayt daha çox elektrik satıb.

Zərintac MAYİSQIZI
Missiya.Az


  • 5-10-2022, 14:58