AZ   |   RU
“Ermənistanla Azərbaycan arasında “Artsax” mövzusu tamamilə yoxdur - Koçaryan

Ermənistanla Azərbaycan arasında münasibətlərin nizamlanması üzrə danışıqlar prosesində “Artsax” mövzusu tamamilə yoxdur.

Missiya.Az
Arm.today-ə istinadən xəbər verir ki, bunu çərşənbə günü mətbuat konfransında Ermənistanın ikinci prezidenti Robert Köçəryan deyib.

“Bu arada Ermənistan və Azərbaycan arasında münaqişə Qarabağ məsələsi ətrafında yaranıb və mən Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinə əminlik gətirmədən və ümumi mövqe ortaya qoymadan Ermənistan-Azərbaycan münasibətlərinin necə həll oluna biləcəyini təsəvvür etməkdə çətinlik çəkirəm”- deyə,  eks-prezident bildirib.

“Ermənistanın hazırkı hökuməti “Artsax” xalqının öz müqəddəratını təyin etməsi, “Artsax Respublikasının” suverenliyi kimi anlayışları öz leksikonundan tamamilə çıxarıb və bu, ciddi problemin mövcudluğundan xəbər verir” -  deyə Köçəryan  əlavə edib.

SABAH
Missiya.Az


  • 28-09-2022, 14:24