Rusiya Dövlət Dumasının deputatı Mixail Şeremet hesab edir ki, ölkədə tam səfərbərlik elan etmək lazımdır.Deputat Rusiya Federasiyasında səfərbərliyin Rusiyanın Ukrayna ərazisindəki xüsusi hərbi əməliyyatda tam qələbəsi üçün lazım olduğunu bildirib.Missiya.Az xəbər verir ki, bu barədə URA.RU-ya Dövlət Dumasının Təhlükəsizlik Komitəsinin üzvü Mixail Şeremet məlumat verib.
“Tam səfərbərlik olmadan, iqtisadiyyat da daxil olmaqla, hərbi bazaya keçmədən lazımi nəticələr əldə edə bilməyəcəyik. Söhbət ondan gedir ki, bu gün cəmiyyət mümkün qədər konsolidasiya olunmalı və qələbə üçün məqsədyönlü olmalıdır”, - deyə deputat bildirib.
Qeyd edək ki, bundan əvvəl Rusiya Federasiyasının dövlət suverenliyinin qorunması üzrə Federasiya Şurasının komissiyasının rəhbəri Andrey Klimov səfərbərliyə ehtiyac olmadığını söyləmişdi. Oxşar fikri Rusiya prezidenti Vladimir Putin də səsləndirib.