"BMT-nin Əfqanıstana Yardım Missiyası (UNAMA) təşkilatın qadın əməkdaşlarının “Taliban” hərəkatının təhlükəsizlik qüvvələri tərəfindən təqib edilməsi hallarından narahatdır".Missiya.Az Report-a istinadən xəbər verir ki, bu barədə təşkilatın məlumatında deyilir.
Bildirilir ki, Əfqanıstandakı de-fakto hakimiyyəti BMT-nin əfqanıstanlı qadın əməkdaşlarını, o cümlədən təşkilat üçün çalışan 3 əfqan qadını təqib etməyə başlayıb.
Qeyd olunur ki, “Taliban”ın təhlükəsizlik sahəsində çalışan agentləri həmin əməkdaşları dindirib və saxlayıb.
BMT Missiyası təşkilatın əfqan qadın əməkdaşlarına qarşı belə hədə-qorxu və təqiblərə dərhal son qoymağa çağırıb.