AZ   |   RU
Azərbaycan güləşçisi erməniyə qalib gələrək dünya üçüncüsü olub

Azərbaycanın yunan-Roma güləşçisi Taleh Məmmədov Serbiyanın paytaxtı Belqraddakı dünya çempionatında bürünc medal görüşünə çıxıb.

Missiya.Az
xəbər verir ki, 63 kq-da yer alan idmançı ermənistanlı Qraçya Poqosyanla qarşılaşıb.

Rəqibi üzərində 10:4 hesablı qələbə qazanan Məmmədov fəxri kürsünün 3-cü pilləsinə qalxıb.

  • 12-09-2022, 20:33