"Prezidentlə hərbçilər arasında münaqişə getdikcə artır. Biz artıq razılığa gəlməliyik, əks halda Ukrayna yer üzündən silinə bilər".
Missiya.Az Tass-a istinadən xəbər verir ki, bu sözləri Belarus prezidenti Aleksandr Lukaşenko bildirib.
Belarus dövlət başçısı hesab edir ki, Ukrayna xalqı "öz sözünü deməlidir, çünki prezidentin deməyə sözü yoxdur" Belarus liderinin sözlərinə görə, çünki Ukraynada hər şey “prezidentdən yox, ordudan asılıdır”. "Əsgərlər orada qırılırlar. Onlar heç bir perspektiv görmürlər. Ukraynanın qərbinə baxın, polyaklar əllərini ovuşdurur və artıq Ukraynanın torpaqlarını oymağa başlayıblar” - deyə Lukaşenko vurğulayıb.
Lukaşenko həmçinin bildirib ki, Ukrayna xalqı üçün yeməyə heç nə olmadığı halda, “ərzaq və taxıl yüklərinin Avropaya daşınması” anormaldır. Ukraynadakı vəziyyət, ABŞ və Avropa İttifaqının Rusiyaya qarşı tətbiq etdiyi genişmiqyaslı sanksiyalar taxıl tədarükündə fasilələrə səbəb olub ki, bu da bir sıra ölkələrdə ərzaq böhranı riskini artırır.
Qeyd edək ki, ilin əvvəlindən buğda və qarğıdalı qiymətləri xeyli artıb. Rusiyanın xarici işlər naziri Sergey Lavrov daha əvvəl bəyan etmişdi ki, qlobal ərzaq böhranı Moskvanın Ukraynada xüsusi hərbi əməliyyatına başlamazdan xeyli əvvəl başlayıb. Xüsusən buna pandemiya və Qərb ölkələrinin səhv hesablamaları səbəb olub.
Teymur ASLANOV
Missiya.Az