Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa İnsan Haqları Məhkəməsinin fəaliyyətini tənqid edib.
Missiya.Az “Report”aistinadən xəbər verir ki, bu barədə Türkiyə dövlət başçısı ölkənin Ali Məhkəməsində çıxışı zamanı bildirib.
O, Avropa İnsan Haqları Məhkəməsini ədalət prinsiplərindən uzaq, siyasi motivli qərarlar qəbul edən struktur adlandırıb.
“Türkiyəyə gəlincə, siyasi motivli hökmlər çıxarılır. Amma Almaniya və ya Fransa ilə bağlı iddialar müzakirə olunanda tamamilə fərqli motivli qərarlar verilir”, - Ərdoğan vurğulayıb.