AZ   |   RU
“Zaporojye AES-nin təhlükəsizliyindən narahatam” - Makron

“Fransa MAQATE ekspertlərinin Zaporojye AES-ə gələcək missiyası üçün Rusiya və Ukraynadan təhlükəsizlik zəmanəti alıb”. 

Missiya.Az
“Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu sözləri Fransa prezidenti Emmanuel Makron Əlcəzairə səfəri zamanı jurnalistlərin suallarını cavablandırarkən deyib.

Makron bildirib ki, biz Ukrayna və Rusiyadan stansiyanın qorunmasına kömək edə biləcək MAQATE-nin missiya qrupu üçün təhlükəsizlik zəmanəti almışıq. 

“Mən atom elektrik stansiyasının təhlükəsizliyinin təmin olunmasından ciddi narahatam. Mənim bu məsələ ilə bağlı Rusiya prezidenti Vladimir Putin və Ukrayna dövlət başçısı Volodimir Zelenski ilə çoxlu danışıqlarım olub” – deyə Makron vurğulayıb.

Fransa prezidenti qeyd edib ki, hərbi hərəkətlər atom elektrik stansiyalarının təhlükəsizliyinə təsir etməməlidir. Stansiya tam mühafizə olunmalıdır və bu, yaxın vaxtlarda əraziyə gedəcək MAQATE ekspertlərinin missiyasının vəzifəsidir. Mülki enerji hərbi alət olmamalıdır.

Xatırladaq ki, Rusiya martın 4-dən atom elektrik stansiyasının ərazisinə nəzarət edir.

Daşqın Həsənov
Missiya.Az
 


  • 26-08-2022, 16:58