AZ   |   RU
Şavkat Mirziyoyev Qaraqalpaqıstan Ali Şurasının sədrini vəzifəsindən azad etdi

Özbəkistan prezidenti Şavkat Mirziyoyev Murat Kamalovu Qaraqalpaqıstan Ali Şurasının sədri vəzifəsindən azad edib. 

Missiya.Az
“Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Özbəkistan Prezidentinin mətbuat katibi Şerzod Əsədov məlumat yayıb.

Prezident Mirziyoyev bu gün Nukusda Ali Şuranın iclasında bildirib ki, Qaraqalpaqıstana ayrılan bütün səylərə və külli miqdarda vəsaitə baxmayaraq, əhalinin əhval-ruhiyyəsinə mənfi təsir göstərən problemlər qalmaqdadır. 

“Təəssüf ki, bəzi rəhbərlər xalqımızın rifahının təmin edilməsinə yönəldilmiş vəsaitlərin səmərəsiz xərclənməsi, yaradılan imkanlardan istifadə olunmaması, ölkənin rifahı naminə canları ilə çalışmaması vəziyyətini etiraf edirlər” – deyə Mirziyoyev vurğulayıb.

Dövlət başçısının təqdimatından sonra Ali Şuranın sədri vəzifəsinə tövsiyə edilən Amanbay Orınbayevin namizədliyinə baxılıb. Ağsaqqallar Şurasının qərarı ilə Orınbayevin namizədliyi təsdiq edilib.

Qeyd edək ki, Amanbay Orınbayev əvvəllər Daxili İşlər Nazirliyi sistemində müxtəlif vəzifələrdə çalışıb, 2022-ci ilin mart-iyul aylarında Qaraqalpaqıstanın daxili işlər naziri olub.

Daşqın Həsənov
Missiya.Az
 


  • 26-08-2022, 16:21