AZ   |   RU
Putin Duqin ailəsinə başsağlığı verdi
Rusiya Prezidenti Vladimir Putin Moskvada avtomobilinin partlaması nəticəsində dünyasını dəyişən Darya Duqinanın ailəsinə başsağlığı verib.

Missiya.Az xəbər verir ki, bu haqda Kreml açıqlama yayıb.

Putin mesajında Duqinanın amansız cinayətin qurbanı olduğunu vurğulayıb:

“Amansız cinayət əsl rus ürəkli, parlaq, istedadlı, xeyirxah, sevgi dolu, rəğbətli və ürəyi açıq olan Darya Duqinanın ömrünü qısaltdı. O, jurnalist, alim, filosof, hərbi müxbir kimi xalqa və vətənə vicdanla xidmət edib. Onun bu əməlləri rus vətənpərvərliyinin nə demək olduğunu sübut edir”.

Xatırladaq ki, Rusiyanın tanınmış siyasi eksperti Aleksandr Duqinin qızı Darya Duqina avqustun 20-də Moskva vilayətinin Odintsovo şəhəri yaxınlığında avtomobilinin partlaması nəticəsində ölüb.

  • 22-08-2022, 19:05