AZ   |   RU
Ümumi orta təhsil bazasında ixtisas seçimi bu gün başa çatır

Ümumi ( 9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) ixtisas seçimi bu gün başa çatır!

Missiya.Az
xəbər verir ki, ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) ixtisas seçimi bu gün saat 23:59-dək davam edəcək.

İxtisas seçiminə qəbul (buraxılış) imtahanında ümumi balı 50-dən, Azərbaycan dili və ya rus dili fənni üzrə balı 20-dən və riyaziyyat fənni üzrə balı 10-dan az olmayan abituriyentlər buraxılırlar.

17 avqust saat 09:20-yə olan məlumata əsasən ixtisas seçimi etmiş abituriyentlərin sayı aşağıdakı kimidir: 
Azərbaycan bölməsi -14482; rus bölməsi - 361; cəmi - 14843 nəfər.

Müsabiqəyə qeyd olunan vaxtadək ixtisas seçimi edib ərizəsini təsdiq etmiş abituriyentlər buraxılacaqlar.

DİM-in mətbuat xidməti
Tеl: (+99 412) 310-53-16 (dax. - 1117)
E-mail: press@dim.gov.az; http://dim.gov.az

  • 17-08-2022, 10:19