AZ   |   RU
ABŞ Rusiya xalqına zərər vermək istəmir – ABŞ Dövlət Departamenti

Dövlət Departamenti Rusiya vətəndaşları ilə bağlı fikir ayrılığının olmadığını açıqlayıb.

Missiya.Az
Tass-a istinadən xəbər verir ki, bu haqda dövlət departamentinin sözçüsü Vedant Patel danışıb.

Kiyevin G7-yə bütün Rusiya vətəndaşlarına viza verilməsini dayandırmaq çağırışını şərh edən dövlət rəsmisi jurnalistlərə bildirib ki, hakimiyyət ABŞ-ın anti-Rusiya sanksiyalarının rus xalqına zərər vurmasını istəmir.

Qeyd edək ki, Ukrayna prezidenti Vladimir Zelenski daha əvvəl “Vaşinqton Post” qəzetinə müsahibəsində Qərb ölkələrinin bütün rusların ölkəyə girişini qadağan etməli olduğunu deyib.

Estoniyanın baş naziri Kaja Kallas da, öz növbəsində, Aİ ölkələrini Rusiya vətəndaşlarına turist vizalarının verilməsini qadağan etməyə çağırıb. Onun sözlərinə görə, Avropaya səfər etmək insan hüququ deyil, imtiyazdır.

Finlandiya Xarici İşlər Nazirliyi bəyan edib ki, əgər çoxlu sayda rusiyalı Finlandiya tərəfindən verilmiş vizalardan istifadə edərək digər Avropa ölkələrinə səyahət etmək istəsə, ölkə məhdudiyyətlər tətbiq edə bilər.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə bu təşəbbüslər haqqında danışıb: “Rusiya və rusları təcrid etməyə çalışmağın faydası yoxdur. Bəzi ölkələr Moskvaya qarşı qeyri-dost münasibətinə görə hər şeyi unudurlar”.

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Kallası nasizmə əsaslanan bəyanatına görə tənqid edib və Zelenksinin təşəbbüsünün Adolf Hitlerin ideyalarını xatırlatdığını vurğulayıb.

Teymur Aslanov
Missiya.Az


  • 12-08-2022, 13:58