AZ   |   RU
AZAL vətəndaşlara xəbərdarlıq etdi

“Azərbaycan Hava Yolları” QSC qurumun adından saxta məlumatların yayılması ilə bağlı vətəndaşlara müraciət edib. 

Missiya.Az xəbər verir ki, AZAL-ın Mətbuat xidmətinə istinadən xəbər verir ki, həmin məlumatlar vətəndaşlara poçt vasitəsilə ötürülür: “Son zamanlar AZAL-ın adından böyük pul uduşları barədə şübhəli məlumatlar yayılır. Bu cür məlumatlar xüsusilə mesencerlər, sosial şəbəkələr və ya elektron poçt vasitəsilə ötürülür. AZAL vətəndaşları diqqətli olmağa və şübhəli istinadlardan istifadə etməməyə çağırır.

AZAL-ın bütün rəsmi məlumatları aviaşirkətin rəsmi saytında (www.azal.az), eləcə də sosial şəbəkələrdəki səhifələrində yerləşdirilir.


  • 4-08-2022, 17:02