AZ   |   RU
MSK-da yeni sektor yaradılır

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında katibliyin strukturuna dair məsələyə baxılır.

Missiya.Az
xəbər verir ki, bu barədə MSK sədrinin müavini Rövzət Qasımov məlumat verib.

O bildirib ki, komissiyanın tapşırığı ilə müasir dövrün tendensiyaları və hazırda respublikamızda gedən dəyişiklikləri öyrənərək katibliyin strukturunda müəyyən dəyişikliyə gedilib: “Bir sıra sahələr üzrə yeni formatda Katiblikdə müəyyən dəyişikliklər etməyə ehtiyac var. MSK artıq 35 minə yaxın dairə seçki komissiyası üzvlərinin və digər əməkdaşların sənədləşmə işləri ilə məşğul olur. Son illərdə respublikamızda əmək münasibətləri ilə bağlı bir sıra islahatlar aparılıb. Yeni bir struktur vahidinə ehtiyac yaranıb. MSK-nın Ümumi şöbəsinin tərkibində yeni - İnsan resursları sektoru yaradılması məqsədəuyğun olardı”.


  • 4-08-2022, 16:15