"Sosial şəbəkədə bu tip müzakirə aparan şəxslərin özləri bilmir ki, gənc əsgər kimə deyirlər. Dörd ay hərbi xidmətdə olan şəxs gənc əsgər hesab edilmir. Bu təkcə bizdə deyil, bütün ölkələrdə belədir.”Missiya.Az xəbər verir ki, bu sözləri hərbi ekspert Şair Ramaldanov ötən gün Laçında şəhid 4 ayın əsgəri Şəhid Anar Kazımovla bağlı sosial şəbəkədə aparılan müzakirələrə münasibət bildirərkən deyib.
Şair Ramaldanov bildirib ki, Azərbaycan Ordusunda əsgərlərimiz üç ay müddətdən sonra öz vəzifələrini icra edirlər.
“Bu üç ay ərzində onlar gənc əsgər sayıla bilər. Nəzərə alsaq ki, ali məktəbi bitirən çağırışçılarımız bir il hərbi xidmət keçməlidir. Əgər dörd ay ərzində o, gənc əsgərdirsə, onda əsgər nə vaxt olacaq? Yəni bu, bir az məntiqsiz yanaşmadır”.Missiya.Az