AZ   |   RU
Aİ Azərbaycan və Ermənistana çağırış etdi

Avropa İttifaqı (Aİ) Ermənistan və Azərbaycanı qoşunların təmas xəttində gərginliyi dərhal dayandırmağa çağırıb.

Missiya.Az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu barədə rəsmi Brüsselin yaydığı müraciətdə deyilir.

“Avropa İttifaqı Laçın dəhlizi ətrafında və təmas xəttinin digər ərazilərində Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında gedən hərbi əməliyyatları dərhal dayandırmağa çağırır”.

Qeyd edək ki, bu gün Laçın rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqeləri qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən intensiv atəşə tutulub. Nəticədə əsgər Kazımov Anar Rüstəm oğlu aldığı güllə yarasından şəhid olub.

Həmçinin Azərbaycan Ordusu bölmələrinin keçirdiyi “Qisas” cavab əməliyyatı nəticəsində Qırxqız yüksəkliyi, həmçinin Kiçik Qafqaz dağ silsiləsinin Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra digər əhəmiyyətli hakim yüksəkliklər nəzarətə götürüb.

  • 3-08-2022, 22:03