AZ   |   RU
Konyada Yeniyetmə və Gənclərin Dünya çempionatına hazırlıq işləri davam edir

Türkiyənin Konya şəhərində Yeniyetmə və Gənclərin Dünya çempionatına hazırlıq işləri davam edir.
 
Missiya.Az
xəbər verir ki, bu barədə Gənclər və İdman Naziriyinin mətbuat xidməti məlumat yayıb.

Bu məqsədlə Azərbaycan Milli Karate Federasiyasının (AMKF) təlim-məşq bazasında 14-15 yaşlı yeniyetmələr və 16-17 yaşlı gənclər arasında yekun seçim mərhələsi keçirilib. Müxtəlif seçim formatlarından istifadə etməklə ayrı-ayrı yaş qrupları və çəki dərəcələri üzrə fərqlənən karateçillər milli komandanın əsas və əvəzedici heyətində yer alıb. AMKF-in prezidenti Yaşar Bəşirov karateçilərin çıxışlarını izləyib. 
 
Avqutsun axırında isə 18-21 yaşadək gənclər arasında analoji seçim mərhələsinin təşkil edilməsi planlaşdırılır. Dünya çempionatı qabağı son hazırlıq işləri yenilənmiş heyətin gücləndirilmiş təlim-məşqləri olacaq.    
 

Zərintac Mayisqızı
Missiya.Az



  • 2-08-2022, 14:00