AZ   |   RU
ABŞ-dan Türkiyəyə böyük zərbə - Bayden erməni "soyqırımı"nı tanıyacaq - SENSASİON İDDİA

ABŞ mətbuatı prezident Co Baydenin qondarma erməni soyqırımını tanımağa hazırlaşdığını yazır. 

Missiya.Az
xəbər verir ki, bu iddia ilə ABŞ-ın nüfuzlu “Wall Street Journal” (WSJ), “New York Times” (NYT) və “Bloomberg” nəşrləri çıxış edib. 

Hər üç qəzet məlumatı ABŞ-ın vəzifəli şəxslərinə istinadən yayıb. Bildirilir ki, Bayden aprelin 24-də qondarma iddialarla bağlı çıxışı zamanı “soyqırım” sözünü işlədəcək. 

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bu həftə “Habertürk” qəzetinə verdiyi açıqlamada bildirib ki, Bayden “soyqırımı” tanıyacağı ilə bağlı fikirləri seçki kampaniyası zamanı səsləndirib. “Əgər ABŞ münasibətlərin daha da gərginləşməsini istəyirlərsə, seçim onlarındır. Vaşinqton beynəlxalq hüquqa hörmət etsə, belə qərar verməz”.

Qeyd edək ki, Bayden seçki kampaniyası zamanı prezident olarsa, “soyqırımı” tanıyacağını bəyan etmişdi. 
 
ABŞ-ın 44-cı prezidenti Barak Obama seçki kampaniyası zamanı prezident seçilərsə, qondarma soyqırımı tanıyacağını desə də, ölkənin birinci şəxsi olduğu 8 il müddətində 1915-ci ildə baş vermiş hadisələri “faciə” və “dəhşət” adlandırıb, bir dəfə də “soyqırımı” ifadəsini  işlətməmişdi. 2019-cu ildə ABŞ konqresinin Nümayəndələr Palatasının üzvləri “Erməni soyıqırımının rəsmən tanınması” adlı qanun qəbul etmişdilər. Amma həmin qanun tövsiyyə xarakterli olduğu üçün “soyqırımı”n tanınmasına heç bir təsir etmədi. 
 
Elvin
Missiya.Az


  • 22-04-2021, 14:57