AZ   |   RU
Qaraçuxurda şəhid Həbib Hüseynlinin adına idman klubu açıldı – şəhid və qazi övladlarına giriş pulsuz olacaq

 

Bu gün Qaraçuxur qəsəbəsində şəhid Həbib Hüseynlinin adı verilən "Buşido" idman zalının açılış mərasimi keçirilib. 
 
Missiya.Az xəbər verir ki, tədbirdə şəhidin atası, Vətən Mühafizə Xidmətinin rəis müavini, “Buşido” təşkilatının prezidenti Akif Hüseynov, Vətən Mühafizə Xidmətinin rəisi, “Buşido” təşkilatının fəxri prezidenti Etibar Qasımov, “Zəfər Yolu” İctimai Birliyinin sədri, Dünya Jurnalirtlər Birliyinin ictimai əlaqələr şöbəsinin müdiri, şairə, publisist Pərvanə Salmanqızı, “Yeniləşən Dövlətə Dəstək” İctimai Birliyi-nin sədri İlham Abbasov, Vətən Mühafizə Xidmətinin  Baş idarə xüsusi şöbənin rəisi, “Buşido” təşkilatının vitse prezidenti Kamil Kamranoğlu , bir neçə QHT-lərin  sədrləri, şəhid anaları, qazilər, media orqanlarının nümayəndələri iştirak edib.

Tədbirdə əvvəlcə Azərbaycanın dövlət himni səsləndirilib, daha sonra çıxışçılara söz verilib. 

Tədbiri giriş sözü ilə açan şəhidin atası Vətən Mühafizə Xidmətinin rəis müavini, “Buşido” təşkilatının prezidenti, I və II Qarabağ müharibəsinin iştirakçısı,  polkovnik Akif Hüseynov  məşqlərin Şəhid və qazı ailələrinin övladları üçün ödənişsiz olduğunu bildirib. 

Daha sonra çıxış üçün söz Vətən Mühafizə Xidmətinin rəisi, “Buşido” təşkilatının fəxri prezidenti, “Yeniləşən Dövlətə Dəstək” İctimai Birliyinin fəxri sədri Etibar Qasımova verilib. Etibar Qasımov Azərbaycanda idmana göstərilən dövlət qayğısından danışıb   və qeyd edib ki, belə tədbirlərin keçirilməsi də idmanın inkişafına böyük töhfə verir. 

Çıxışlardan sonra “Buşido” təşkilatının prezidenti, 10-cu Dan qara kəmər sahibi Akif Hüseynov, “Birlik” karate klubunun rəhbəri 3-cü Dan qara kəmər sahibi Sənan Cəfərov və tələbələri, “Araz” idman klubunun idmançıları, “Zəfər” idman klubunun cüdoçuları idman bacarıqlarını nümayiş etdiriblər.

Sonda “Buşido” təşkilatının nümayəndələrinə vəsiqələr, Media nümayəndələrinə isə fəxri fərmanlar verilib. Mükafatlandırılan media orqanları arasında Missiya TV-də var. 

Tədbirin sonunda Vətən Mühafizə Xidmətinin  Baş idarə xüsusi şöbənin rəisi, “Buşido” təşkilatının vitse prezidenti Kamil Kamranoğlu Mİssiya Tv-yə müsahibə verib. 

Leyla Səməndər
Missiya.Az



 



  • 26-07-2022, 17:18