AZ   |   RU
"Mançester Yunayted" Ronaldunu icarəyə vermək istəyir

İngiltərənin "Mançester Yunayted" klubu futbolçusu Kriştianu Ronaldunu icarəyə verə bilər.

Missiya.Az
"Report"a istinadən xəbər verir ki, "qırmızı-şeytanlar" 37 yaşlı hücumçunun 2022/2023 mövsümündə başqa komandada oynamasına razıdır.

Klub portuqaliyalı forvardın müqaviləsini uzatmaq və 2023/2024 mövsümündə ondan UEFA Çempionlar Liqasında istifafə etmək niyyətindədir.

Qeyd edək ki, Kriştianu Ronaldunun İspaniyanın "Atletiko" (Madrid) klubuna transferi gündəmdədir.


  • 24-07-2022, 12:04