AZ   |   RU
SOCAR-ın Qaz İxrac İdarəsinin qazpaylayıcı stansiyaları “Azəriqaz”a verilir

Ümumilikdə 398 qazpaylayıcı stansiya Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Qaz İxrac İdarəsinin tabeçiliyindən çıxarılaraq “Azəriqaz”a verilir.

Missiya.Az
xəbər verir ki, bunu report-a açıqlamasında “Azəriqaz” istehsalat Birliyinin baş direktoru Ruslan Əliyev bildirib.

Onun sözlərinə görə, artıq bununla bağlı SOCAR rəhbərliyi tərəfindən qərar qəbul edilib.

O bildirib ki, sənədləşmə, təhvil-təslim və işçilərin yerləşdirilməsi prosesinə artıq start verilib.

R.Əliyev qeyd edib ki, 1 700-dən çox əməkdaş Qaz İxrac İdarəsindən “Azəriqaz” İstehsalat Birliyinin balansına veriləcək.


  • 8-07-2022, 14:37