
Ermənistan Prezidenti Nikol Paşinyan bəzi komanda yoldaşlarına bildirib ki, Ermənistan böyük ehtimalla gələn ilin fevralında KTMT-dən çıxacaq.
Missiya.Az xəbər verir ki, bu barədə "Hraparak" məlumat yayıb.
Qeyd edək ki, ötən ilin fevralında o, Ermənistanın təşkilata üzvlüyünü dondurduğunu açıqlamışdı. Və bundan əvvəl də aylardır müxtəlif hökumət nümayəndələri KTMT-ni üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyinə görə tənqid edir, üzvlüyün dondurulmasının səbəbinin bu olduğunu bildirirdilər.
2023-cü ilin sentyabrından Ermənistan KTMT proseslərində iştirakını dayandırıb. Və KTMT nizamnaməsinə görə, üzv dövlətlərdən hər hansı biri iki il ərzində üzvlük haqqını və büdcədə nəzərdə tutulan xərcləri ödəməzsə, o zaman həmin dövlətin strukturda qalmasının məqsədəuyğunluğu müzakirə edilir.
Paşinyan açıq şəkildə bildirdi ki, onlar strukturdan çıxarıla bilər, olmasa, bu barədə düşünəcəyik.
Xatırladaq ki, KTMT-nin büdcəsi bütün üzv ölkələr arasında bölüşdürülür: onun yarısını Rusiya ödəyir, qalan 50% isə digər 5 iştirakçı arasında bərabər bölünür.
Onu da qeyd edə ki, bir neçə gün əvvəl Nikol Paşinyan keçirdiyi mətbuat konfransında KTMT-dən danışarkən deyib ki, Ermənistanın KTMT-dən çıxma ehtimalı münasibətləri dondurmaqdan daha yüksəkdir.
Nurlana Əhmədova
Missiya.Az