AZ   |   RU
Çimərliklərdə təhlükəsizlik qaydaları ilə bağlı tədbirlər keçirilib - FOTO

 Fövqəladə Hallar Nazirliyinin
 Sumqayıt Regional Mərkəzi “Sumqayıt” və “Corat” xilasetmə məntəqələrinin ərazisində yerləşən çimərliklərdə istirahət edən vətəndaşlar arasında “Çimərliklərdə təhlükəsizlik qaydaları” mövzusunda maarifləndirmə tədbirləri keçirib.

Missiya.Az
APA-ya istinadən xəbər verir ki, bu barədə FHN-dən məlumat verilib.

Maarifləndirmə tədbirlərinin keçirilməsində məqsəd əhaliyə çimərlikdə təhlükəsizilik qaydaları barədə biliklərin aşılanması olub.

Tədbirdə FHN Sumqayıt Regional Mərkəzinin, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Sumqayıt” və “Corat” xilasetmə məntəqələrinin əməkdaşları iştirak ediblər.

Tədbirdə əməkdaşlar tərəfindən təhlükəsizlik qaydaları barədə ətraflı məlumat verilərək sözügedən qaydalara riayət edilməsinin vacibliyi vurğulanıb, qadağanedici nişanlara, sanitar-gigiyena qaydalarına əməl olunması və zərəçəkmişlərə ilkin yardımın göstərilməsinə dair söhbətlər aparılıb.

Vətəndaşlara suda hər hansı bədbəxt hadisənin baş verməsinin qarşısının vaxtında alınması üçün zəruri tədbirlər barədə tövsiyələr verilib.

Qeyd edək ki, vətəndaşlara mövzuya aid bukletlər və müxtəlif xarakterli təbliğat materialları paylanılıb.


  • 7-07-2022, 17:21