AZ   |   RU
Putin ABŞ-ı mövcud dünya nizamını dəyişdirməkdə günahlandırdı: "Hüquqlarına məhəl qoyulmur"


Rusiya prezidenti Vladimir Putin ölkəsinin nüvəsizləşdirmə və strateji sabitliklə bağlı dialoqa hazır olduğunu bəyan edib.

Missiya.Az
haberglobal-a istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin 10-cu Sankt-Peterburq Beynəlxalq Hüquq Forumuna etdiyi videomüraciətdə danışıb.

Çıxışında qərb ölkələrini həm tənqid edən, həm də mötədil davranan Putin, Beynəlxalq Sankt-Peterburq İqtisadi Forumu çərçivəsində beynəlxalq hüquq məsələsinin həllinin vacibliyini vurğuladı.

Putin deyib ki, xüsusilə Qərb ölkələrinin beynəlxalq hüquqdan əl çəkdiklərini, hökmranlıqlarını itirməməyə çalışdıqlarını və birqütblü dünya nizamı istəyirlər.  Rusiya prezidenti dünyada baş verən gərginliyə görə ABŞ-ı günahlandırıb: "Bəzi dövlətlər dünya səhnəsində hökmranlıqlarını itirməyə hazır deyillər. Birqütblü dünya nizamını ədalətsiz şəkildə müdafiə etməkdə davam edirlər. Qlobal prosesləri öz istəklərinə uyğun idarə etməyə və yönləndirməyə çalışırlar. Onlar yalnız öz maraqlarına uyğun qərarlar qəbul edən qapalı bloklar və koalisiyalar yaratmağa çalışırlar. Təəssüf ki, ABŞ bu ölkələrin başında gəlir. Beynəlxalq münasibətlərin digər iştirakçılarının təbii hüquqlarına məhəl qoyulmur. Qərbin suveren dövlətlərə tətbiq etdiyi birtərəfli qeyri-qanuni sanksiyalar indiyədək görünməmiş həddə çatıb", - deyə Putin bildirib.

Putin bildirib ki, Rusiya konstruktivdir, strateji sabitlik və dialoqa açıqdır: "Rusiyanın beynəlxalq münasibətlərdə gündəmi həmişə konstruktiv olub. Biz bununla maraqlanan hər kəslə çoxqütblü əlaqələri inkişaf etdiririk. “BMT”, “G20”, “BRİKS” , “Şanxay Əməkdaşlıq Təşkilatı” və s. digər təşkilatlarla əməkdaşlığa xüsusi diqqət yetiririk. Rusiya strateji sabitlik, kütləvi qırğın silahlarının yayılmaması siyasətini saxlamaq və silahlara nəzarət sahəsində vəziyyətin yaxşılaşdırılması üzrə dialoqa açıqdır. İqlim böhranı, yoxsulluqla mübarizə, qida və enerji bazarlarının sabitləşməsi, beynəlxalq ticarət və ədalət, rəqabət kimi həyati əhəmiyyətli mövzularda gücümüzü birləşdirməyi hədəfləyirik."

Ukraynadakı vəziyyəti də dəyərləndirən Putin Kiyevə mesaj göndərib: “Bütün bu sahələr adekvat və çevik hüquqi tənzimləmə, diqqətli əməkdaşlıq tələb edir. O zaman xalqları qorumaq üçün bugünkü Donbassdakı kimi böhranlar olmayacaq. Eyni zamanda, Rusiya bütün xalqların və bəşəriyyətin mədəni və sivilizasiya müxtəlifliyinin qorunub saxlanmasına təminat verildiyi daha demokratik və ədalətli dünyanın formalaşması üçün səylərini davam etdirəcək".

Teymur Aslanov
Missiya.Az


  • 30-06-2022, 16:46