AZ   |   RU
Boris Conson Ərdoğanı tərfilədi: "Onun fəaliyyətini yüksək qiymətləndiririk"

 

İngiltərənin baş naziri Boris Conson və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın İspaniyanın paytaxtı Madrid şəhərində keçirilən NATO Zirvəsi çərçivəsində təşkil olunan ikitərəfli görüşündə müzakirə olunan məsələlərin təfərrüatları yayılıb.

Missiya.Az Haber7.com-a istinadən xəbər verir ki,  görüşün təfərrüatı ilə bağlı baş nazirliyin 10 nömrəli ofisinin sözçüsü məlumat paylaşıb.

Açıqlamada bildirilir ki, Conson prezident Rəcəb Tayyib Ərdoğanın Rusiya-Ukrayna müharibəsi nəticəsində yaranan taxıl böhranının həlli yolundakı liderliyini yüksək qiymətləndirib. Həmçinin Conson Türkiyə, İsveç və Finlandiyanın imzaladığı üçlü memorandumdan məmnunluğunu ifadə edib. 

Görüşdə Böyük Britaniya və Türkiyə arasında, xüsusilə "texnologiya və enerji" sahələrində əlaqələrin dərinləşdirilməsi müzakirə olunub. Qeyd edək ki, bəyanata iki ölkə arasında ticarət əlaqələrini genişləndirmək və həm İngiltərə, həm də Türkiyə üçün iqtisadi artımı yüksəltməklə bağlı müddəalar daxil edilib.

Leyla Səməndər
Missiya.Az

  • 30-06-2022, 12:32