AZ   |   RU
Azərbaycan qaz ixracını bir ildə 45 % artırıb

Bu ilin birinci rübündə Azərbaycan 5,128 milyard kubmetrdən artıq qaz ixrac edib.

Missiya.Az xəbər verir ki, bu barədə SOCAR-ın 2021-ci ilin I rübündə qazma, hasilat, emal və ixrac göstəriciləri ilə bağlı açıqladığı rəqəmlərdə deyilir.

Məlumata görə, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 45 % çoxdur.

Qaz ixracının artımı əsasən Trans-Adriatik Qaz Boru Kəmərinin (TAP) istismara verilməsi ilə bağlıdır.


  • 16-04-2021, 14:41