AZ   |   RU
Naxçıvandan Bakıya uçan təyyarə ildırım səbəbindən havaya qalxmayıb

Hava şəraiti ilə əlaqədar AZAL-ın Naxçıvandan Bakıya uçan təyyarəsi havaya qalxmayıb.

Missiya.Az
Report-a istinadən xəbər verir ki, artıq bu barədə sərnişinlərə xəbərdarlıq edilib.

Qeyd edək ki, AZAL-ın J2 0256 reysi üzrə saat 18:50-də Naxçıvan Hava Limanından qalxmalıdır. İldirım çaxması və havanın dumanlı olması səbəbindən təyyarənin kapitanı aeroportda gözləmək qərarı qəbul edib.

Təyyarənin Naxçıvan Hava Limanında neçə saat gözləyəcəyi ilə bağlı dəqiq məlumat verilməyib.





  • 24-06-2022, 19:18