AZ   |   RU
“Yunanıstanın Türkiyə ilə ünsiyyət kanalları heç vaxt bağlanmamalıdır” – Mitsotakis

“Yunanıstanın heç nəyə baxmayaraq Türkiyə ilə əlaqə kanallarını açıq saxlamağı vacib məsələdir.”

Missiya.Az
“haber7com”a istinadən x[hide][/hide]əbər verir ki, bu sözləri Cənubi Kiprdə Rum administrasiyasının rəhbəri Nikos Atastasiadis ilə görüşərkən Yunanıstanın baş naziri Kiryakos Mitsotakis deyib.

Mistotakis bildirib ki, diplomatik qaydalardan uzaqlaşan hər cür ritorikanı bir kənara qoymaq lazımdır. 

“Düşünürəm ki, ünsiyyət kanalları ən çətin anlarda belə heç vaxt bağlanmamalıdır”- deyə o vurğulayıb.

Qeyd edək ki, bir neçə gün bundan öncə Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğan Yunanıstanı hərbisizləşdirilmiş adaların silahlandırılmasını dayandırmağa və beynəlxalq müqavilələrə uyğun hərəkət etməyə çağırıb.

Daşqın Həsənov 
Missiya.Az 


  • 17-06-2022, 17:07