AZ   |   RU
Türkiyə ABŞ-ın F35 proqramına niyə heç vaxt qəbul olunmayacaq? - ABŞ-dan açıqlama

“Türkiyə F-35 proqramına geri qaytarılmayacaq”.

Missiya.Az “
haber7com”a istinadən xəbər verir ki, bu sözləri ABŞ konqesinin Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsinin sədri Adam Smit deyib. 

Smit bildirib ki, Türkiyə İsveç və Finlandiyanın NATO üzvlüyünü təsdiq etsə belə, Ankara F-35 proqramına qayıtması mümkün olmayacaq. 

“Məqsəd Türkiyəni Rusiyadan silah sistemləri aldığına görə cəzalandırmaq deyil. Narahatedici məsələ S-400 və F-35-in eyni yerdə olması və kritik məlumatların rusların əlinə keçməsi ehtimalıdır”.

Daşqın Həsənov
Missiya.Az 


  • 16-06-2022, 15:36