AZ   |   RU
Şəmkirdə 10-a yaxın şəxs dönərdən zəhərlənib

Şəmkirdə kütləvi zəhərlənmə qeydə alınıb.

Missiya.Az
APA-ya istinadən xəbər verir ki, hadisə rayonun 5-ci küçəsində yerləşən “Mahmud” dönər satışı məntəqəsində qeydə alınlb.

Belə ki, 2-si uşaq olmaqla 10-a yaxın şəxs zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib, dərhal onlara yadım göstərilib.

Vəziyyətlərinin kafi olduğu bildirilir.

Zəhərlənən şəxslərin sözlərinə görə, onlar dönər yedikdən sonra özlərini pis hiss ediblər.

Hazırda fakt araşdırılır.



  • 9-06-2022, 09:32