AZ   |   RU
Ərdoğan: “Türkiyə və Pakistan birlikdə 4 freqat inşa edəcək”
Türkiyə və Pakistan arasında hərbi sənaye sahəsində əməkdaşlıq genişləndiriləcək. 

Missiya.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Pakistanın Baş naziri Şahbaz Şəriflə birgə mətbuat konfransı zamanı deyib.

O qeyd edib ki, 2023-cü ilin avqust ayında ikisi Türkiyədə, ikisi də Pakistanda olmaqla, cəmi 4 freqat tipli gəminin təhvil-təslim işləri başlayacaq. 

Bundan əlavə, Ərdoğan ölkəsi ilə Pakistan arasında bütün sahələrdə əməkdaşlığın qenişləndirilməsinin vacibliyini vurğulayaraq, “Türkiyə-Pakistan Yüksək Səviyyəli Strateji Əməkdaşlığı” iclasının bu ilin sentyabr ayında Pakistanda baş tutacağını qeyd edib.

  • 1-06-2022, 21:11