AZ   |   RU
Daha bir görkəmli alim Türk Ağsaqqalları Birliyində təmsil olunacaq
Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, Kənd təsərrüfatı elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü, nüfuzlu ziyalımız İbrahim Cəfərov təşkilat rəhbərliyinin qərarı ilə Türk Ağsaqqalları Birliyinin (TAİB) İdarə Heyətinə üzv olub. Dəyərli ziyalı 3 dərslik, 1 dərs vəsaiti, 100-dən artıq elmi məqalə, 4 metodiki tövsiyə, fənn proqramları və metodik göstərişlərin müəllifidir. 

Missiya.Az xəbər verir ki, çapdan çıxmış elmi əsərlərinin ümumi sayı 148-dir. Bu əsərlərdən 43-ü xaricdə, 13-ü Beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda çap edilmişdir. Müəlliflik şəhadətnamələrinin və patentlərin sayı 2-dir.

Kənd təsərrüfatının inkişafında xidmətlərinə və dövlət qulluğunda səmərəli fəaliyyətinə görə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir.

Qeyd edək ki, TAİB-in nümayəndə heyəti bu yaxınlarda Gəncə şəhərində səfərdə olub. TAİB və ADAU-nun birgə təşkilatçılığı ilə Müstəqillik Gününə həsr olunan konfrans keçirilib.


  • 1-06-2022, 17:22