AZ   |   RU
Karantini pozan məşhur meyxanaçılar cərimələndi - VİDEO

Ötən gün karantin qaydalarını pozan məşhur meyxanaçılar cərimələnib.

Missiya.Az xəbər verir ki, Sumqayıt Şəhər Polis İdarəsinin keçirdiyi əməliyyat zamanı tanınmış meyxana ustaları Rüfət Nasosnu, Orxan Lökbatanlı, Mehman Əhmədli saxlanılıb. 

Karantin qaydalarını pozan həmin şəxslərə qarşı İnzibati Xətalar Məcəlləsinin (İXM) 211-ci maddəsinə əsasən, inzibati tənbeh tədbirləri görülüb. Məlumata görə, onların hər biri 400 azn məbləğində cərimə edilib. 



  • 22-02-2021, 18:15