Qarabağda müharibə zamanı itkin düşmüş erməni hərbçilərinin qohumları səhər saatlarında Yerevan-Gümrü dəmir yolunu bağlayıblar.
Missiya.Az xəbər verir ki, nəticədə qatarların bu marşrut üzrə hərəkəti dayanıb.
“Sərnişindaşıma qrafiki pozulub. Elektrik qatarları stansiyalarda qalıb”, - Cənubi Qafqaz dəmir yolu şirkətinin mətbuat katibi
Ruben Qrdzelyan yerli mediaya deyib.
Ermənistan Müdafiə Nazirliyinin binası qarşısındakı vəziyyət gərgin olaraq qalır. İtkin düşmüş əsgərlərin valideynləri nazirliyin binasına soxulmağa çalışırlar. Əsgərlərin valideynləri Müdafiə naziri
Vaqarşak Arutyunyanın və Baş Qərargah rəisi
Artak Dakvtyanın görüş üçün onların qarşısına çıxmalarını tələb edirlər.
Hüquq-mühafizə orqanları valideynləri sakitləşdirməyə çalışsa da, hələ ki heç bir nəticə əldə olunmayıb. Müstəqil deputat
Sofia Ovsepyan hadisə yerindədir. O, Müdafiə Nazirliyində məsələnin optimal həll yolunu tapmaq üçün müşavirə keçirildiyini bildirib.
Cümə günü səhər saatlarında etirazçılar nazirlik binasının üzərində helikopterin uçduğunu görüblər. Bəziləri nazir Vaqarşak Arutyunyanın helikopterlə ərazidən uzaqlaşdığını, digərləri isə əksinə Müdafiə Nazirliyinə gəldiyini düşünür.
Report