AZ   |   RU
İlham Əliyev və Mehriban Əliyeva “Shusha Boutique Hotel”in yerləşəcəyi ərazidə olub - FOTO

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 10-da Şuşaya səfər çərçivəsində “Shusha Boutique Hotel”in yerləşəcəyi ərazidə olublar.

Missiya.Az xəbər verir ki, Prezidentin köməkçisi Anar Ələkbərov dövlət başçısına və birinci xanıma burada aparılan təmir-bərpa işləri haqqında məlumat verib.

Qeyd edilib ki, Şuşanın bərpası konsepsiyasında şəhərin turizm potensialı da nəzərə alınaraq buna uyğun infrastruktur yaradılır. Butik otel şəhərin Köçərli küçəsindəki binada yerləşəcək.

Müasir səviyyəyə çatdırılacaq oteldə Şuşa şəhərinə səfər edəcək ziyarətçilərin rahatlığı üçün şərait yaradılacaq. Burada 13 otaq və kiçik restoran qonaqların ixtiyarına veriləcək.
 

  • 10-05-2022, 22:18