Ukrayna Rusiya hərbçiləri tərəfindən Luqansk vilayətində ələ keçirilən "Soxranovka" stansiyası vasitəsilə qazın Avropaya tranzitini dayandırıb.
Missiya.Az report-a istinadən xəbər verir ki, bu barədə Ukraynanın GTS operatorunun mətbuat xidməti məlumat yayıb.
Şirkət fors-major vəziyyətin baş verdiyini açıqlayıb. Avropaya tranzitin demək olar ki, üçdə biri "Soxranovka" vasitəsilə reallaşır.
Belə ki, 11 may 2022-ci il saat 07:00-dan qovşaqdan qaz qəbul edilməyəcək.
Eyni zamanda, Ukrayna avropalı tərəfdaşlar qarşısında tranzit öhdəliklərini tam həcmdə və müqavilənin şərtlərinə uyğun yerinə yetirmək üçün tranzitin müvəqqəti başqa ərazidən həyata keçirilməsini düşünür.