AZ   |   RU
Bayden Ukraynaya əlavə 40 milyard dollar yardım ayıracaq - Qərar verildi

ABŞ konqresində Demokratlar partiyasının nümayəndələri Ukraynaya əlavə 39,8 milyard dollar yardım göstərilməsi ilə bağlı razılığa gəliblər. 

Missiya.Az
xəbər verir ki, bu barədə “The Guardian” qəzeti məlumat yayıb. 

Nümayəndələr palatasının prezident Co Baydenin ötən ay 33 milyard dollar tələbini aşan layihəsinin tezliklə qəbul ediləcəyi bildirilir. 

Qeyd edək ki, Bayden aprelin 28-də Konqresdən Ukraynaya dəstək üçün 33 milyard dollar yardım istəmişdi.

Daşqın Həsənov 
Missiya.Az 


  • 10-05-2022, 10:58