Çərşənbə axşamı 17 İyun 2025 / 3:09:20
                    AZ   |   RU
Mikayıl Cabbarov: "Vergidaxilolmalar üzrə proqnoz 150,5% icra olunub"

Bu ilin yanvar-aprel ayları ərzində vergidaxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 55,2% artaraq 5 mlrd. 35,4 mln. manat təşkil edib və proqnoz 150,5% səviyyəsində icra olunub.

Missiya.Az
"APA"-ya istinadən xəbər verir ki, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" hesabinda yazıb.

Nazir bildirib ki, qeyri-neft-qaz sektorundan daxilolmalar 49,7% artaraq 3 mlrd. 430,2 mln. manat olub və proqnoz 133,5% yerinə yetirilib.

  • 6-05-2022, 11:22