AZ   |   RU
Vətəndaşlar icbari tibbi sığortadan istifadə edirmi? - SORĞU - VİDEO

Mayın 2-də İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev 2021-ci ilin yekunları və 2022-ci ilin ilk 3 ayı üzrə fəaliyyətlə bağlı mətbuat konfransı keçirib.

Ötən il əldə olunan nəticələr haqqında məlumat verən Agentliyin İdarə Heyətinin sədri bildirib ki, 1 aprel 2021-ci il tarixindən etibarən icbari tibbi sığortanın bütün ölkədə tətbiqi nəticəsində səhiyyə sahəsindəki ən əhəmiyyətli islahatlardan biri həyata keçmiş oldu: “2021-ci ildə icbari tibbi sığorta çərçivəsində dövlət tibb müəssisələrinin əhaliyə göstərdiyi xidmət sayı 22 milyondan çox olub. Bu dövrdə Agentliyin müqavilə bağladığı özəl tibb müəssisələrində göstərilən cərrahi xidmət sayı isə 27 305-ə yüksəlib. Beləliklə, icbari tibbi sığortanın tətbiq olunduğu ərazilərdə əhalinin 42 %-i tibbi xidmətlərdən yararlanıb. Xidmətlər Zərfi çərçivəsində göstərilən tibbi xidmətlər vətəndaşların ən çox müraciət edilən, habelə əlillik və ölüm riski olan xəstəliklər üzrə müayinə və müalicə olunmalarını təmin edib” - deyə məlumatda bildirilir.

Bəs görəsən paytaxt sakinləri bu imkandan faydalanırmı? Yaxud göstərilən xidmətdən nə dərəcədə məmnundurlar? Bu və digər suallara aydınlıq gətirmək üçün şəhərimizdə sorğu keçirmək qərarına gəldik.


İnam Həsənov
Samir Hüseynov

  • 5-05-2022, 17:09