Rusiya prezident Vladimir Putin Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişellə telefon danışığının təfərrüatı barədə açıqlama verib. Putin bildirib ki, Mişşellə telefon danışığında Zelenski ilə görüşmək üçün şərtlərinə də toxunub.
Missiya.Az "haberler.com"a istinadən xəbər verir ki, Rusiya prezidenti telefon danışığı zamanı görüşün yalnız onun 5 şərti qəbul ediləcəyi təqdirdə baş tuta biləcəyini deyib.
Vladimir Putinin Zelenski ilə görüşmək üçün irəli sürdüyü 5 şərti təqdim edirik:
1. Ukrayna NATO-ya qoşulmayacağını elan etməli və konistitusiyasında bu məqamı qeyd etməlidir;
2. Krımın Rusiya torpağı olmasını tanımalıdır;
3. Müstəqillik elan edən Donetsk və Luqansk vilayətlərinin iddia etdiyi bütün əraziləri onların nəzarətinə verməlidir;
4. Ukrayna tamamilə silahsızlaşdırılmalıdır.
Elvin
Missiya.Az