AZ   |   RU
Rus ordusunda səfərbərliklə bağlı kritik vəziyyət - ruslar orduya getmək istəmir

Rusiya Şimali Qafqaz regionunda Ukraynaya qarşı müharibədə iştirak etmək üçün əsgər toplaya bilmir. Əsas səbəb bu regionun əhalisinin döyüş əməliyyatlarında iştirak etmək istəməməsidir.

Missiya.Az
xəbər verir ki, bu  barədə  Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının saat 18.00-a olan əməliyyat icmalında deyilir.
Döyüş hissələrinə yeni qüvvələrin  cəlb edilməsi ilə bağlı yaranmış kritik vəziyyətlə əlaqədar Rusiya Federasiyası Silahlı Qüvvələrinin komandanlığı milli səviyyədə  səfərbərlik elan etməyi  planlaşdırır. Plana əsasən, situasiyanın ağırlığını  gizlətmək məqsədilə səfərbərlik hərbi xidmətə planlı çağırışla paralel həyata keçiriləcək.

Xatırladaq ki, Ukrayna kəşfiyyatının məlumatına görə, Rusiya Federasiyası qeyri çağırışçı ORDLO sakinlərini Ukrayna ilə müharibəyə cəlb edir, onlar hərbi xidmətə çağırılır. İlk növbədə, bu, indiyədək  strateji müəssisələrin ehtiyatda olan işçilərinə aiddir.

Donbasın işğal olunmuş hissəsində hərbi çağırış yaşı uyğun olan kişilərin axtarışı üçün bir neçə mobil briqada işləyir.

Məlumata görə, ruslar hər vasitə ilə səfərbərlikdən qaçırlar. Hesabat yazır, özlərini şikəst edir və gizlənirlər . Rusiya ordusunun xüsusi təyinatlı qüvvələrinin təcrübəli bölmələrindən birinin  tam heyətlə Mariupola hücum etmək üçün növbəti cəhdlərdə iştirak etməkdən imtina etdiyi bildirilir.

Ukrayna Silahlı Qüvvələrinin komandanlığının məlumatına görə , Rusiya ordusunun ayrı-ayrı hissələrinin əsgərlərinin 80%-dən çoxu döyüşü davam etdirməkdən imtina edir . Və komandirlər rus əsgərlərinin müqaviləsi başa çatdığı halda belə işdən çıxmalarını qadağan edirlər.

Huseyn Babayev
Missiya.Az

  • 14-04-2022, 22:20