AZ   |   RU
ABŞ-dan Rusiyanın "Moskva" gəmisində baş verən yanğına reaksiya - Kreyseri Urkayna ordusu vurmayıb?

ABŞ Ukraynanın Rusiyaya məxsus "Moskva" kreyserini "Neptun" raketi ilə vurması barədə yayılan xəbərlərə  münasibət bildirib.

Missiya.Az
Türkiyə mətbuatına istinadən xəbər verir ki, Pentaqonun mətbuat katibi Con Kirbi "Moskva" gəmisində böyük partlayışın olduğunu deyib amma kreyserin Ukrayna tərəfindən vurulub-vurulmadığı barədə məlumat verməyib. 

Kirbi kreyserdə partlayışın hansı səbəbdən baş verdiyini deyə bilməyəcəyini bildirib.  

ABŞ rəsmisi Rusiya gəmisinin hazırki vəziyyəti barədə də danışıb. 

"Partlayışın miqyası çox böyük olub. Kreyser hazırda Odessa şəhərindən 96 kilometr cənubda bir neçə Rusiya gəmisi ilə birlikdədir. Gəmi hərəkət edə bilir. Kreyserin Sivetopol limanına doğru irəlilədiyini düşünürük."

Qeyd edək ki, ötən gün axşam saatlarında Ukrayna ordusunun Rusiya donanmasına məxsus “Moskva” kreyserini vurduğu barədə xəbər yayılmışdı. 

Ukrayna prezidentinin ofisinin sözçüsü Aleksey Arestoviç də xəbərləri təsdiqləyib. O bildirib ki, Qara dənizin İlan adasını mühasirəyə alan “Moskva” kreyserinə “Neptun” raketləri ilə zərbə endirilib.

Odessa meri Maksim Marçenko isə hədəf alınan gəminin İlan adasındakı Ukrayna əsgərlərini vurmağı planlaşdırdığını deyib.

Rusiyanın Müdafiə Nazirliyi də “Moskva” gəmisində yanğının baş verdiyini və gəmiyə ciddi ziyanın dəydiyini açıqlayıb: "Gəmidə yanğın səbəbindən hərbi sursatlar partlayıb. Kreyserə ciddi ziyan dəyi, heyət təxliyə olunub. Yanğının baş vermə səbəbi araşdırılır”. 

Xatırladaq ki, “Moskva” kreyseri Rusiya Hərbi Dəniz Qüvvələrinin Qara dəniz donanmasının 30 yerüstü gəmi diviziyasının bir hissəsidir.


  • 14-04-2022, 21:53